Özbəkistanda GİZLİ TUNELLƏRƏ qarşı - sərt tədbir görüldü
Özbəkistanda dövlət sərhədindən qanunsuz tunellərin çəkilməsinə görə cinayət məsuliyyəti tətbiq ediləcək.
Crossmedia.az xəbər verir ki, Özbəkistan Senatı dövlət sərhədindən qanunsuz yeraltı tunellərin tikintisi, istifadəsi, təşkili və maliyyələşdirilməsinə görə ayrıca cəza müəyyən edən qanunu təsdiqləyib.
2016–2025-ci illərdə Özbəkistanın dövlət sərhədində 12 belə tunel aşkarlanıb. Məlumata görə, həmin tunellər vasitəsilə malların, qiymətli əşyaların və valyutanın gizli şəkildə ölkəyə gətirilməsinə cəhd edilib.
Qanuna əsasən, bu əməli ilk dəfə törədən şəxs tunel barədə könüllü məlumat verər və cinayətin açılmasına kömək edərsə, cinayət məsuliyyətindən azad edilə bilər.
Belə cinayət işlərinin araşdırılması Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcək.
14:38 11.09.2026
Oxunuş sayı: 49