Azərbaycandan Türkiyəyə, oradan beynəlxalq bazarlara nəql edilən neft və qazın həcmi açıqlanıb
İndiyədək neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib.
Crossmedia.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub, bunun 40 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) payına düşüb: "Təkcə bu ilin 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub".
13:05 11.09.2026
Oxunuş sayı: 54