Azərbaycanda ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb
Azərbaycanda 2025-ci ildə əmək qabiliyyətli yaşda olan 19 min 977 nəfər vəfat edib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2024-cı illə müqayisədə 3471 nəfər çoxdur.
Onlardan 13 613-ü kişi, 6364-ü qadınlardır.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə 15-64, qadınlar 15-63 yaşlarında, 2025-ci ildə kişilər 15-64, qadınlar 15-63,5 yaşda əmək qabiliyyətli sayılıb.
14:26 11.09.2026
Oxunuş sayı: 47