Qrossi nüvə silahı riskindən danışdı
Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) rəhbəri Rafael Qrossi hesab edir ki, mövcud beynəlxalq şəraitdə nüvə silahına sahib ölkələrin sayının artması onun istifadə olunması riskini yüksəldər.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Qrossi bildirib ki, hazırkı şəraitdə 25 və ya 18 ölkənin nüvə silahına malik olması halında onun istifadəsinin baş verməsi qaçılmaz olardı.
O, belə bir ssenarinin nüvə silahından istifadə riskini 100 faiz artıracağını vurğulayıb.
11:44 11.09.2026
Oxunuş sayı: 54