Türkiyə səkkiz nüvə reaktoru tikməyi planlaşdırır
Sinop və Trakyada dörd nüvə reaktorunun tikiləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar açıqlama edib.
O qeyd edib: "Biz bu layihələri Cənubi Koreya, Kanada, Çin və yenə də Rusiya ilə müzakirə edirik".
Bayraktar vurğulayıb ki, Türkiyənin tikinti və sənaye sektorları nüvə enerjisi istehsalına hazırdır.
"Biz bunu Akkuyuda öyrəndik"-deyə , o deyib.
23:35 18.03.2026
Oxunuş sayı: 47