ABŞ-ə qarşı 16 min nüvə raketi
ABŞ-ni hədəf alan nüvə raketlərinin sayı növbəti illərdə kəskin artacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Gabbard Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələr üçün hazırladığı çıxışında bildirib.
O bildirib ki, 2035-ci ilə qədər ABŞ-nin əsas hissəsini hədəf ala biləcək raketlərin sayı 16 mini keçə bilər.
Onun sözlərinə görə, hazırda bu göstərici 3 mindən artıqdır. Kəşfiyyat icması hesab edir ki, müxtəlif ölkələrin raket potensialının artması nəticəsində ABŞ üçün ümumi təhlükə əhəmiyyətli dərəcədə yüksələcək.
22:00 18.03.2026
Oxunuş sayı: 47