ABŞ-dən yeni qərar: Viza üçün 15 MİN DOLLARLIQ DEPOZİT TƏLƏBİ
ABŞ B1/B2 vizalarına (işgüzar və turizm məqsədli) müraciət edənlər üçün 15 min dollarlıq depozit tələbi tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bu qərar 2 aprel tarixindən qüvvəyə minəcək və əsas məqsəd viza rejimi pozuntularının qarşısını almaqdır.
Qeyd olunur ki, müraciət edən şəxs ölkəni vaxtında tərk edərsə və ya səfərini ləğv edərsə, depozit məbləği geri qaytarılır.
Yenilənmiş siyahıya Gürcüstan, Monqolustan, Tunis, Efiopiya və Nikaraqua daxil edilib.

20:19 18.03.2026
Oxunuş sayı: 50