İranda İsrail casusu edam edildi
İran məhkəməsi Mossad casusu Kuruş Keyvaniyə ölüm hökmü çıxarıb və hökm icra edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Keyvani İran daxilində həssas məkanlar haqqında Mossad zabitlərinə şəkillər və məlumatlar verməkdə təqsirli bilinib.
Rəsmi mənbələr bildirir ki, casusluq fəaliyyəti nəticəsində ölkənin təhlükəsizliyinə ciddi zərər dəyib və bu səbəbdən Kuruş Keyvani ciddi şəkildə cəzalandırılıb. Hadisə ilə bağlı əlavə rəsmi açıqlamaların gələcəyi gözlənilir.
16:08 18.03.2026
Oxunuş sayı: 46