NATO Türkiyəyə Patriot PAC-3 sistemləri yerləşdirib
NATO artıq Türkiyənin Adana şəhərindəki İncirlik Hərbi Hava Bazasına Patriot PAC-3 hava hücumundan müdafiə sistemlərini yerləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni sistemlər artıq orada olan İspaniyanın PAC-2 sistemlərini tamamlayır.
PAC-3 sistemləri əsasən ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulub. Qeyd edilir ki, əvvəllər Malatyada ayrıca Patriot batareyası yerləşdirilmişdi. Bu addım regionda hava müdafiə imkanlarının gücləndirilməsi məqsədini daşıyır.
15:54 18.03.2026
Oxunuş sayı: 45