Laricaninin ölümündən sonra İranın siyasi xəttində dəyişiklik gözlənilir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra, sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlilinin bu vəzifəyə təyin oluna biləcəyi ehtimal edilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sosial mediada mövzu geniş müzakirəyə çıxarılıb. Bəzi istifadəçilər hesab edirlər ki, Cəlilinin təyinatı İranın ABŞ ilə mümkün danışıqlarını və kompromis imkanlarını azalda bilər. Onlar bildirirlər ki, bu, ölkənin “güzəşt yoxdur” xəttinin daha da sərtləşməsi anlamına gələ bilər.
Digər tərəfdən, Laricaninin Qərb ölkələri ilə dialoq aparmaq bacarığı vurğulanır və onun rolunun əvəzlənməsi məsələsi diqqət mərkəzindədir.
Qeyd edək ki, Cəlili 2007–2013-cü illərdə Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və eyni zamanda İranın nüvə danışıqları üzrə baş nümayəndəsi kimi fəaliyyət göstərib. Bu təcrübəsi onun mümkün təyinatını daha real edir və ölkənin yeni siyasi xəttinə işarə sayılır.
13:56 18.03.2026
Oxunuş sayı: 41