İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına cavab zərbələrini davam etdirəcək
İran Prezidenti Məsud Pezeşkian bu gün açıqlamasında ABŞ-ın Yaxın Şərqdə yerləşən və İran ərazisinə hücumlar həyata keçirən hərbi bazalarına qarşı cavab zərbələrinin davam etdiriləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident bu barədə Məhəmməd Şahbaz Şəriflə telefon danışığı zamanı danışıb və vurğulayıb ki, İranın digər region ölkələrinə qarşı hücum etmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur.
Pezeşkianın sözlərinə görə, yalnız İran ərazisinə hücumlar həyata keçirən bazalar özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq. O, həmçinin bildirib ki, bəzi hallarda təcavüzkarlar qonşu ölkələrin ərazilərindən istifadə edərək İranın infrastruktur obyektlərinə, ictimai yerlərə və xəstəxanalara hücumlar edir, bu da əhali arasında itkilərə və dağıntılara səbəb olur. Belə hallarda həmin bazalar cavab zərbələrinin hədəfi olacaq.
13:45 11.03.2026
Oxunuş sayı: 55