İran ABŞ ilə danışıqlar üçün şərtlər irəli sürüb
İranın ABŞ ilə danışıqları bərpa etmək üçün bir sıra şərtlər irəli sürdüyü bildirilir.
Crossmedia.az bu barədə "Al Mayadeen" telekanalımna istinadən xəbər verir ki, Tehran Vaşinqtondan gələcəkdə İslam Respublikasına qarşı hərbi təcavüz etməyəcəyinə dair zəmanət verməsini tələb edir. Bundan əlavə, İran tərəfi təzminat ödənilməsi və ölkənin nüvə obyektlərində tam nüvə yanacaq dövriyyəsinin tətbiqinə razılıq verilməsini istəyir.
Məlumata görə, Tehran həmçinin ABŞ-ın regiondakı hərbi bazalarının İrandan daha uzağa çəkilməsini də şərtlər arasında göstərib.
10:40 11.03.2026
Oxunuş sayı: 49