Parisdə ABŞ–Çin görüşü keçiriləcək
13 mart tarixində Parisdə Scott Bessent ilə He Lifeng arasında görüş baş tutacaq. Görüşdə iqtisadi və ticarət məsələləri ilə yanaşı, İran və Ukrayna ilə bağlı mövzuların da müzakirə olunacağı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, Çin tərəfdən görüşdə iştirak edəcək He Lifeng ölkənin İranla hərbi sənaye sahəsində əməkdaşlığına nəzarət edən əsas şəxslərdən biridir. Bildirilir ki, o, Çin və İran arasında hərbi əməkdaşlıq və Tehrana dəstək siyasətinin koordinasiyasında mühüm rol oynayır.
10:19 11.03.2026
Oxunuş sayı: 53