BMT TŞ təcili iclas keçirəcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) martın 11-də Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Təhlükəsizlik Şurası qarşısında məruzə ilə çıxış edəcək.
Daha əvvəl Fransa son bir həftə ərzində İsrail tərəfindən kütləvi zərbələrə məruz qalan Livanda vəziyyətin pisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb.
23:50 10.03.2026
Oxunuş sayı: 50