ABŞ Yaxın Şərqdən minlərlə vətəndaşını təxliyə edib
ABŞ Yaxın Şərqdən qayıdan vətəndaşlarının sayı ilə bağlı məlumat açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqott sosial mediada paylaşım edib.
O, bildirib ki, 28 fevral tarixindən bəri təxminən 36 min ABŞ vətəndaşı Yaxın Şərq regionundan geri qayıdıb.
Onun sözlərinə görə, bu müddət ərzində 24 çarter reysi təşkil olunub və Dövlət Departamentinin 24/7 fəaliyyət göstərən işçi qrupu vasitəsilə xaricdə olan 23 mindən çox amerikalıya birbaşa yardım göstərilib.
Piqott əlavə edib ki, ABŞ hökuməti geri qayıtmaq istəyən hər bir amerikalının ölkəsinə dönməsi üçün yorulmadan çalışmağa davam edir.
21:13 10.03.2026
Oxunuş sayı: 48