Səudiyyə Ərəbistanı və Ukrayna arasında silah müqaviləsi imzalanıb
Səudiyyə Ərəbistanı müdafiə şirkəti Ukraynada istehsal olunan tutucu raketlərin alınması üçün müqavilə imzalayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "Saudi Arabia" şirkəti Ukrayna istehsalı olan tutucu raketlərin alınması ilə bağlı saziş imzalayıb.
Bildirilib ki, Ukrayna müdafiə sənayesindəki mənbələr Ər-Riyad və Kiyev arasında daha geniş silah təchizatı müqaviləsinin də müzakirə edildiyini qeyd ediblər.
Böyük razılaşma üzrə danışıqların 11 mart tarixində yekunlaşa biləcəyi ehtimal olunur.
19:40 10.03.2026
Oxunuş sayı: 50