KİV: İranda daha bir yüksək rütbəli şəxs öldürülüb
İranda yüksək rütbəli hərbçinin öldüyü barədə məlumatlar yayılıb.
Crossmedia.az xəbər verir ki, İran mediasında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının “Bəsic” bölməsinin rəhbəri Əsədullah Badfərin öldüyü iddia olunur.
Məlumatlara görə, hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb və onun hansı şəraitdə öldüyü barədə dəqiq informasiya verilməyib.
19:32 10.03.2026
Oxunuş sayı: 59