İsrailli nazirin ölümü ilə bağlı iddialar yayılıb
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin ölüb.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bəzi media mənbələrində iddialar yayılıb.
Məlumatlara görə, Ben-Qvirin ofisinin yerləşdiyi ərazi yaxınlığında səhər saatlarında tüstü və duman müşahidə edilib, polis isə ətraf əraziyə giriş-çıxışı bağlayıb. Hadisənin səbəbi barədə rəsmi açıqlama verilməyib.
Bəzi mənbələr Ben-Qvirin avtomobil qəzasında həlak olduğunu iddia etsə də, digər məlumatlarda onun İrana aid raket zərbələri nəticəsində öldüyü ehtimalı irəli sürülür.
Bildirilir ki, İsrail hökuməti nazirin dünən bir mərasimdə iştirak etdiyini açıqlayıb.
Lakin bundan sonra onun vəziyyəti və ya harada olduğu barədə rəsmi məlumat verilməyib.
19:10 10.03.2026
Oxunuş sayı: 42