İsrail İranda hərbi məqsədlərinə çatmaqda planlaşdırılmış müddətləri qabaqlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Fransadakı səfiri Coşua Zarka BFMTV telekanalına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, İsrailin əsas vəzifəsi İran vətəndaşlarının ölkələrinin gələcəyini müstəqil şəkildə müəyyən edə bilməsi üçün şərait yaratmaqdır.
Livandakı vəziyyətlə bağlı Zarka qeyd edib ki, Livan hökuməti hələ də “Hizbullah”ı silahsızlandıra bilməyib. Eyni zamanda, səfir İsrailin Beyrutla müharibənin dayandırılması barədə danışıqlara başlamaqla bağlı hər hansı qərarı barədə məlumatının olmadığını vurğulayıb.