Martın 10-u səhər İranın Kirman şəhərində bir neçə partlayış qeydə alınıb.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Mənbələr bildirir ki, partlayış səsləri Kirman hava limanı və Comhuri bulvarı yaxınlığında eşidilib. Hadisə şahidləri qatı qara tüstünün meydana gəldiyini qeyd ediblər.