Zaporojjya sakini Ukrayna Silahlı Qüvvələrinə pul köçürdüyü üçün 11 il həbs olundu
Zaporojjya vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində məhkəmə, Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyi üçün Plodorodnoye kənd sakini, 68 yaşlı Qalina Bexteri 11 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edib.
Crossmedia.az xəbər verir ki, o, dövlətə xəyanətdə təqsirli bilinib.
Məhkəmə bəyan edib ki, 1957-ci il təvəllüdlü qadın Rusiya vətəndaşıdır. Müstəntiqlərin məlumatına görə, 2023-cü ilin iyulunda Bexteri hesabından 1240 rublu Ukrayna Silahlı Qüvvələrinə köçürmək üçün mobil telefonunda quraşdırılmış Ukrayna bankının proqramından istifadə edib.
Press-relizdə, həmçinin Bexterinin günahını etiraf etdiyi və peşman olduğunu bildirildiyi qeyd olunub.
17:50 10.03.2026
Oxunuş sayı: 46