Təhsilə əlçatımlıq imkanları artırılır - Detallar açıqlandı
Azərbaycanda insan hüquqlarının müdafiəsi və penitensiar sistemdə islahatların dərinləşdirilməsi istiqamətində yeni təşəbbüs irəli sürülüb. Ombudsman Səbinə Əliyeva Milli Məclisdə çıxışı zamanı yetkinlik yaşına çatmayan və az ağır cinayət törətmiş məhkumların ali təhsil alma imkanlarının yaradılması üçün xüsusi mexanizmin hazırlanmasını təklif edib. Xarici ölkələrin müsbət təcrübəsinə əsaslanan bu təşəbbüs cəzaçəkmə müəssisələrində olan şəxslərin təhsil hüququnun təmin olunması və onların cəmiyyətə reinteqrasiyasının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Mehriban Zeynalova Crossmedia.az-a açıqlama verir: "Bu təşəbbüsü tam dəstəkləyirəm. Yetkinlik yaşına çatmayan məhkumların ali təhsil imkanlarına çıxışının təmin edilməsi onların cəmiyyətə yenidən inteqrasiyası, sosial bacarıqlarının inkişafı və gələcəkdə təkrar cinayət riskinin azalması baxımından mühüm əhəmiyyət daşıyır. Təhsil bu qrup üçün yalnız bilik əldə etmək vasitəsi deyil, həm də sosial reabilitasiya və şəxsi inkişaf üçün effektiv mexanizmdir. Belə bir model həm insan hüquqları prinsiplərinə uyğun olacaq, həm də gənclərin potensialını itirmədən onların cəmiyyətə faydalı üzv kimi qayıtmasına imkan yaradacaq".
Ayhan
10:49 05.03.2026
Oxunuş sayı: 604