Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Dəyişikliklə beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında, eləcə də məktəbdənkənar təhsil müəssisələrində aparıla biləcək.
17:41 04.03.2026
Oxunuş sayı: 522