Türküstanda Xocalı qurbanları yad edilib
Qazaxıstanın Türküstan vilayətində "Qarabağ" Etnomədəni Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin rəhbəri Ramilə Mustafayeva çıxışında Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu bildirib, bu kimi anım mərasimlərinin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Təşkilatın nəzdində fəaliyyət göstərən həftəsonu məktəbində isə açıq dərs təşkil olunub. Dərsdə şagirdlərə Xocalı soyqırımının ağır nəticələri və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi barədə məlumat verilib.
15:35 04.03.2026
Oxunuş sayı: 410