Reabilitasiya mərkəzinin rəhbəri həbs olunub

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ona qarşı irəli sürülən ittiham məlum deyil. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Həyat üçün şans" reabilitasiya mərkəzi narkomaniya, alkoqol və qumar asılılığından əziyyət çəkənlərə yardım edir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
17:24 05.12.2024
Oxunuş sayı: 6466