İran və ABŞ gələcək mümkün sazişə daxil edilə biləcək bəzi əsas elementlər üzrə ilkin razılığa gəliblər.
Crossmedia.az bu barədə “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, müzakirə olunan potensial mövzular arasında sanksiyalarla bağlı məsələlər də yer alır.
Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, İran tərəfi iki həftə ərzində müəyyən boşluqları aradan qaldırmaq üçün daha detallı təkliflərlə geri qayıtmalıdır. Vaşinqton bu müddəti Tehrana konkretləşmiş plan təqdim etməsi üçün verib.