Türkiyə hərbi gəmiləri Somalidə
Türkiyə Hərbi Dəniz Qüvvələrinin "TCG Sancaktar", "TCG Gökova" və "TCG Bafra" gəmilərinin Ədən körfəzinə, Somali sahillərinə və Ərəbistan dənizinə yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Gəmilər Somalidəki Türkiyə xüsusi təyinatlı qüvvələrinə lojistik dəstək verir.
Dəniz yolu ilə humanitar və hərbi yardımlar çatdırır və Çağrı Bəy tərəfindən aparılan qazma əməliyyatlarını dəstəkləyir.
20:30 17.02.2026
Oxunuş sayı: 518