İran XİN-dən SƏRT AÇIQLAMA: “İran yaralıdır, amma ləyaqətini qoruyur”
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bəqai ölkəsinin ağır vəziyyətdə olmasına baxmayaraq, xalqın birliyini və müqavimət iradəsini qoruduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Esmail Bəqai bu barədə açıqlamasında məlumat verib.
Bəqainin sözlərinə görə, İranın rəqibləri ölkəni bir neçə gün ərzində dağıda biləcəklərini düşünürdülər. Lakin iranlılar söhbət vətənin müdafiəsindən gedəndə birlik nümayiş etdiriblər.
O bildirib ki, qarşı tərəf hazırda ümidsiz vəziyyətdədir. Bəqainin fikrincə, iranlılar ölkələrini müdafiə etmək motivasiyasına malikdir və haqlı mübarizə apardıqlarını düşünürlər.
İran XİN nümayəndəsi ABŞ-ni öz hərəkətlərini əsaslandıra bilməməkdə ittiham edib. O, İranın mövcud olmayan nüvə silahına sahib olması ilə bağlı iddiaların ölkəyə qarşı təcavüzə bəhanə kimi istifadə edildiyini deyib.
“Bizim əsas sərvətimiz xalqımızdır. Tarix boyu İranı müdafiə edən yeganə müttəfiq İran xalqı olub”, – Bəqai vurğulayıb.
09:36 12.09.2026
Oxunuş sayı: 51