LGBT-nin təbliği ilə bağlı qaydalar SƏRTLƏŞDİRİLDİ
Türkiyənin Ədliyyə Nazirliyi LGBT təbliğatı və eynicinsli münasibətlərlə bağlı həbs cəzasının artırılmasını təklif edib.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Təklifə görə, LGBT təbliğatı üzrə həbs müddəti 1 ildən 3 ilə, eynicinsli nişan və evliliklərə görə isə 4 ilə qədər artırıla bilər.
Eyni zamanda, cinsiyyətin dəyişdirilməsi proseduru sərtləşdirilir: məhkəməyə yalnız 25 yaşdan yuxarı, subay şəxslər müraciət edə biləcək. Bu prosedurların pozulmasına görə 7 ilədək həbs cəzası və cərimə tətbiq olunacaq, uşaqla və ya səlahiyyəti olmayan şəxslərlə bağlı pozuntularda isə cəza ikiqat artırılacaq.
Təşəbbüskarlar dəyişiklikləri ailənin və ənənəvi dəyərlərin qorunması ilə izah edirlər.
15:44 17.02.2026
Oxunuş sayı: 766