ŞOK AÇIQLAMA: Çexiya prezidenti Ukrayna ilə bağlı ümidləri darmadağın etdi
Çexiya prezidenti Petr Pavel Rusiyanın mövqeyini nəzərə alaraq Ukraynadakı müharibəyə yaxın zamanda son qoyulmasının real olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, jurnalistin danışıqların faydasız olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib ki, hər şey gözləntilərdən asılıdır. Prezidentin sözlərinə görə, Ukrayna, Avropa ölkələri, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağına ümid etmək “şübhəsiz ki, sadəlövhlükdür”.
Pavel vurğulayıb ki, tarix göstərir: danışıqlar yalnız hər iki tərəf nisbətən əlverişli mövqedə olduqda uğurlu nəticə verə bilər. Onun fikrincə, tərəflərdən biri üstün mövqedədirsə, münaqişəni dayandırmaq əvəzinə davam etdirməyə meylli olur.
13:25 17.02.2026
Oxunuş sayı: 499