ABŞ Macarıstana maliyyə dəstəyi verə bilər – Rubio
ABŞ dövlət katibi Marko Rubio Budapeştdə keçirdiyi mətbuat konfransında ABŞ və Macarıstan arasındakı ikitərəfli münasibətlərin "qızıl dövrə" qədəm qoyduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Rubio qeyd edib ki, bu həm iki xalq arasındakı yaxınlaşma, həm də Macarıstan Baş naziri Viktor Orban ilə ABŞ prezidenti Donald Tramp arasındakı münasibətlər sayəsində mümkün olub.
Rubio əlavə edib ki, Vaşinqton lazım gələrsə, Budapeştə maliyyə yardımı göstərməyə hazırdır.
Qeyd edək ki, Macarıstanda parlament seçkilərinin 12 aprel 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Son sorğular göstərir ki, Orbanın rəhbərlik etdiyi Fidesz partiyası müxalifətdəki mərkəz-sağçı Peter Magyarın Hörmət və Azadlıq Partiyasından (TISZA) geri qalır.
12:33 17.02.2026
Oxunuş sayı: 637