ABŞ senatoru İranın hərəkətlərinə qarşı açıq xəbərdarlıq etdi
Lindsi Qrem dünən İsraildə səfərdə olarkən İranla bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Senator bildirib ki, ABŞ qüvvələri bölgədə hədəf alına bilər, lakin İranın atacağı addımlar cavabsız qalmayacaq.
Qrem jurnalistlərə açıqlamasında deyib: “Əsgərlərimiz bölgədə vurula bilərmi? Əlbəttə ki, vurula bilər. İran tam hücuma keçsə, cavab verə bilərmi? Bəli, bu mümkündür”.
Senator əlavə edib ki, risklərin mövcudluğuna baxmayaraq, zəif mövqe nümayiş etdirmək daha təhlükəlidir. Onun sözlərinə görə, enerji təminatını dayandırmaq və tərəfdaşlara dəstək verməmək daha böyük strateji risk yaradır.
09:58 17.02.2026
Oxunuş sayı: 633