Ramzan Kadırov Çeçenistan rəhbəri vəzifəsinə yenidən namizədliyini irəli sürmək istədiyini açıqlayıb, lakin bunun üçün Vladimir Putinin icazəsini gözləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,Kadırov özünün Telegram kanalında yazıb: “Mən yalnız milli liderimiz dəstəklədiyi təqdirdə namizədliyimi irəli sürməyə razıyam”. Onun sözlərinə görə, yekun qərar Rusiya prezidentinin mövqeyindən sonra veriləcək.