Məşhur serialın PRODÜSERİ ÖLÜ TAPILIB
Fevralın 15-də məşhur casus trilleri “Tehran” serialının israilli prodüseri, 52 yaşlı Dana Eden Afina şəhərindəki otel otağında ölü tapılıb.
Hadisə onun qohumlarının uzun müddət əlaqə qura bilməməsindən sonra aşkar edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yunanıstan polisi ilkin araşdırmalara əsaslanaraq ölümün intihar kimi dəyərləndirildiyini açıqlayıb. Hadisə yerində həblər tapılıb, məhkəmə-tibbi ekspertiza isə Edenin boynunda göyərmələr aşkar edib.
Dana Eden “Tehran” serialının dördüncü mövsümünün çəkilişlərinə nəzarət etmək üçün Yunanıstanda idi. “Kan” telekanalının açıqlamasında bildirib ki, mürəkkəb istehsal prosesi prodüserin hadisə yerinə getməsini tələb edirdi.
İvritdilli telekanalın məlumatına görə, Edenin qardaşı prodüserin mesajlarına cavab verməməsindən sonra onu axtarmağa başlayıb və cəsəd otel otağında tapılıb.
23:04 16.02.2026
Oxunuş sayı: 527