ABŞ-İran gərginliyi fonunda donanma gücləndirilir
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaqda davam edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "USS Gerald R. Ford" daşıyıcı zərbə qrupu Atlantik okeanını keçdikdən sonra regiona doğru hərəkət edib.
Beləliklə, ABŞ-nin İrana yaxın sularda iki təyyarədaşıyan gəmi, 15 esmines və bir neçə nüvə hücum sualtı qayığı yerləşdirməsi gözlənilir. Bu addım Vaşinqtonun bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırır.
Rəsmi açıqlamalarda bildirilir ki, məqsəd regionda sabitliyi qorumaq və müttəfiqlərin təhlükəsizliyini təmin etməkdir.
Lakin müşahidəçilər qeyd edirlər ki, hərbi aktivliyin artması ABŞ ilə İran arasında gərginliyin yüksəldiyi bir dövrə təsadüf edir.
21:50 16.02.2026
Oxunuş sayı: 703