"X"-ə giriş bərpa olunub- Yenilənib
"X"də problemlər səhər saatlarından başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Bildirilib ki, "X" sosial media platforması nəşrin problemlə bağlı sorğusuna cavab verməyib. "İstifadəçi şikayətlərinə naxmayaraq, platformada "bütün sistemlər işləkdir" yazılıb" , - məqalədə bildirilib.
Xatırladaq ki, oxşar nasazlıq yanvar ayında da yaşanıb və platformanın saibi İlon Mask bunu IP ünvanları Ukraynada olan istifadəçilərin kiberhücuma məruz qalması ilə əsaslandırıb.
Hazırda "X"in Azərbaycandakı istifadəçiləri problemin nisbətən aradan qalxdığını bildirib. Türkiyədə də platformaya giriş və paylaşımlar asanlaşıb, lakin dünyanın bəzi ərazilərində nasazlıq qalmaqdadır.
"Downdetector"un məlumatına görə, əsas giriş problemləri ABŞ-nin xəritədə qırmızı ilə qeyd olunan şəhərlərində qeydə alınıb:
19:25
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Qeyd olunub ki, ABŞ, Böyük Britaniya, Hindistan, Azərbaycan da daxil olmaqla bir neçə ölkədən olan istifadəçi xidmətin kəsilməsindən şikayətlənib.
20:11 16.02.2026
Oxunuş sayı: 802