Ukraynanın Rusiya neft obyektlərinə yönələn sistematik hücumları Moskvanın enerji sektorunda böhran yaradıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Qazprom” hazırda 65-70 milyard dollar borc bataqlığında qalıb, Rusiyanın dövlət borcu isə 2026-cı il fevralın 1-nə 61,97 milyard dollar təşkil edib.
Ekspertlərin fikrincə, 2026-cı il Rusiya üçün maliyyə ehtiyatlarının tükənməsi və davam edən sanksiya təzyiqi səbəbindən kritik və sistem böhranı riski yüksək olan il ola bilər.