İraqdan Səudiyyəyə hücumlarla bağlı SƏRT ADDIM
İraq Səudiyyə Ərəbistanına edilən son pilotsuz uçuş aparatı hücumlarının ölkənin cənubundakı Maysan vilayətində yerləşən məntəqədən həyata keçirildiyi müəyyənləşdikdən sonra Maysan Əməliyyatlar Komandanlığının rəhbərini vəzifədən azad edib.
Crossmedia.az xəbər verir ki, İraq hökuməti bu barədə məlumat yayıb.
İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əl-Zeydinin qərarı ilə Maysan Əməliyyatlar Komandanlığında araşdırma aparılması üçün istintaq komitəsi də yaradılıb.
Qərar Səudiyyə Ərəbistanının ölkə ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının Krallığın mühüm Şərq-Qərb neft kəmərinə zərbələr endirdiyini açıqlamasından sonra qəbul edilib. Hücumlar nəticəsində xəsarət alanların olduğu və infrastruktura ziyan dəydiyi bildirilib.
İraq hökuməti Səudiyyə Ərəbistanına qarşı hücumları pisləyib və məsul şəxslərin müəyyənləşdirilməsi üçün təcili tədbirlər görüləcəyini açıqlayıb. Bağdad həmçinin Ər-Riyadın İraq hökumətinə araşdırma aparmaq və vəziyyəti nəzarətə götürmək imkanı vermək məqsədilə dərhal cavab tədbiri görməmək qərarını alqışlayıb.
09:47 12.09.2026
Oxunuş sayı: 42