ŞƏT ölkələrindən təhlükəsizlik sahəsində yeni addım
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr kəşfiyyat məlumatlarının mübadiləsini artırmalı və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Çinin Rusiyadakı səfiri Çjan Hanhui bildirib ki, ŞƏT ölkələri təhlükəsizlik və sabitliyə töhfə verən müsbət qüvvə kimi çıxış etməlidir.
Diplomatın sözlərinə görə, mütəmadi olaraq birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının paylaşılması, hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir.
Çjan Hanhui qeyd edib ki, bu addımlar təhlükəsizlik əməkdaşlığının səviyyəsinin davamlı şəkildə yüksəldilməsinə xidmət edəcək.
09:51 12.09.2026
Oxunuş sayı: 47