Belqorodda hücumun nəticələri açıqlanıb
Ukrayna Silahlı Qüvvələrinin Belqorod rayonuna hücumu nəticəsində bir mülki sakin həlak olub, 14 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvalov bu barədə məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında dörd uşaq da var. Şuvalov həlak olan şəxsin yaxınlarına başsağlığı verib.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı bildirilib.
10:11 12.09.2026
Oxunuş sayı: 56