Faktçekinqdə beynəlxalq əməkdaşlığa maraq artır
Müstəqil Dövlətlər Birliyi (MDB), Asiya və Latın Amerikası ölkələri faktların yoxlanılması sahəsində əməkdaşlığa böyük maraq göstərir.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Qlobal Fakt Yoxlama Şəbəkəsinin (GFCN) prezidenti Vladimir Tabak bildirib ki, hazırda bir sıra ölkələrlə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üzərində iş aparılır.
Onun sözlərinə görə, Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə inteqrasiya prosesi də davam edir. Təşkilata “TASS”ın rəhbəri Andrey Kondraşov sədrlik edir.
Tabak qeyd edib ki, Asiya, Sakit okean regionu, Latın Amerikası və MDB ölkələri arasında faktçekinq sahəsində əməkdaşlığa maraq müxtəlif səviyyələrdə olsa da, GFCN əməkdaşlığa açıqdır.
10:06 12.09.2026
Oxunuş sayı: 48