Fransız tarixçi Jan-Pyer Filio Le Monde qəzetində dərc olunan təhlilində İranda repressiyaların güclənməsini hakimiyyətdəki dərin böhranla əlaqələndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tarixçinin fikrincə, İranda zorakılığın artması birbaşa olaraq ali rəhbər Əli Xameneyinin varisliyi məsələsi ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanır. O bildirib ki, Xameneyinin gələcəyi ilə bağlı suallar artdıqca, hakimiyyət zorakılığı daimi idarəetmə alətinə çevrilir.
Filio qeyd edib ki, 2022-ci ilin payızında başlayan “Qadın, Həyat, Azadlıq” etirazları zamanı minlərlə insan həlak olub və ardınca 2026-cı ilin yanvar hadisələri ölkənin yeni zorakılıq mərhələsinə daxil olduğunu göstərir.
Onun qənaətincə, bu tendensiya ali rəhbərin varislik məsələsində üzləşdiyi çətinliklərlə birbaşa bağlıdır.