Əfqanıstanda hakimiyyətdə olan Taliban “Sevgililər Günü”nün qeyd edilməsinin qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Herat şəhərində gül dükanlarının vitrin və girişlərinə “Sevgililər Günü qadağandır” məzmunlu lövhələr yerləşdirilib. Eyni zamanda, Kabil şəhərində nəzarət və yoxlama məqsədilə əlavə qüvvələr ictimai məkanlara cəlb olunub.
Bildirilib ki, “Yaxşı İşlərə Dəvət və Pis İşlərdən Çəkindirmə” qurumunun əməkdaşları iri şəhərlərdə aktiv fəaliyyət göstərərək bayramla bağlı simvolların, hədiyyələrin və digər qeyd formalarının qarşısını almağa çalışıblar.
Qeyd olunur ki, tətbiq edilən tədbirlər ictimai yerlərdə hər hansı bayram atributlarının nümayişini məhdudlaşdırmağa yönəlib.