NATO-nun keçmiş baş katibi "böyük səhv"i etiraf etdi
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Ukraynaya əvvəllər daha çox dəstək verilməməsini “böyük səhv” adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun fikrincə, yardımın 2014-cü ildə başlaması ərazilərin nəzarətini təmin edə və 2022-ci ildə baş verən tammiqyaslı işğalın qarşısını ala bilərdi.
Stoltenberq qeyd edib ki, bu gecikmə regionda vəziyyətin gərginləşməsinə və Ukraynanın müdafiə imkanlarının zəifləməsinə səbəb olub.
12:23 16.02.2026
Oxunuş sayı: 490