Kim Çen In-dən diqqətçəkən addım: Kursk döyüşçülərinin şərəfinə yeni küçə
Kim Çen In Pxenyanda yeni küçəni Kursk vilayətində döyüş əməliyyatlarında iştirak edənlərin şərəfinə adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, Seböl küçəsində “ölkə xalqının ulduzlar kimi parlayan qəhrəmanlıqları əbədi yaşatmaq əzmini əks etdirən monumental memarlıq kompleksləri” inşa edilib. Kim Çen In bildirib ki, bu abidələr xarici hərbi əməliyyatda iştirak edən döyüşçü qəhrəmanların şanlı igidliklərini simvolizə edir.
O, tikintinin başa çatmasını simvolizə edən qırmızı lenti kəsib, daha sonra həlak olmuş hərbçilərin ailə üzvlərinə mənzil orderlərini təqdim edib və onlarla söhbət edib.
Turqut Ansari
11:56 16.02.2026
Oxunuş sayı: 572