Rza Pəhləvi ABŞ-ni İrana "dəvət" edib
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Amerikanın Fox News telekanalının efirində ABŞ-ı İrana qarşı daha tez “humanitar” bombardmanlara başlamağa çağırıb.
Crossmedia.az bu barədə Fox News-ə istinadən məlumat verir.
O bildirib:“Müdaxilə zəruridir, çünki bu gün həm ölkə daxilində, həm də xaricdə olan iranlıların əsas müraciəti kömək çağırışıdır. Bu, əks halda həlak olmağa davam edəcək insanların həyatını xilas etmək üçün humanitar müdaxilədir. Bu müdaxilənin nə qədər vacib və kritik ola biləcəyini təsəvvür edin. Ümid edirəm ki, prezident Donald Tramp müdaxilənin nə qədər təcili şəkildə həyatları xilas edə və eyni zamanda bu arzuolunmaz rejimə son qoymağa kömək edə biləcəyini anlayacaq.”
Turqut Ansari
11:27 16.02.2026
Oxunuş sayı: 713