İranın XİN başçısı Əraqçı Cenevrəyə səfər edib
Əraqçı İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ ilə növbəti danışıqlarda iştirak etmək üçün Cenevrəyə yollanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton və Tehran arasında dolayı danışıqların növbəti mərhələsi fevralın 17-də Omanın vasitəçiliyi ilə keçiriləcək.
Səfər çərçivəsində Əraqçı İsveçrə və Oman xarici işlər nazirləri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri, eləcə də İsveçrədə yerləşən beynəlxalq təşkilatların rəsmiləri ilə ayrı-ayrı görüşlər keçirəcək.
00:20 16.02.2026
Oxunuş sayı: 421