Simonyan: Ermənistan siyasi səbəblərlə təqib olunan vətəndaşları Rusiyaya verməyəcək
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkə siyasi səbəblərlə təqib olunan vətəndaşları Rusiyaya təhvil verməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Simonyan deyib: “Mən sizə zəmanət verirəm ki, heç bir şəxs siyasi motivlərlə həbs edilməyəcək və ya üçüncü ölkəyə deportasiya edilməyəcək. Mən buna rəsmi zəmanət verirəm.”
O əlavə edib ki, saxlanılan şəxslər olub, lakin vəziyyət aydınlaşdıqdan sonra onlar sərbəst buraxılıblar.
02:00 16.02.2026
Oxunuş sayı: 348