Britaniyada Ukrayna üçün sursat istehsal edəcək zavodun açılışı gecikir
Britaniyadə Glaskou şəhərində açılması planlaşdırılan zavod, o cümlədən Ukrayna üçün sursat istehsalını nəzərdə tuturdu, altı aydan çox gecikib.
Crossmedia.az "The Guardian"-a istinadən xəbər verir ki, zavod Böyük Britaniyanın artilleriya sursatları istehsal gücünü 16 dəfə artırmalı, azalmaqda olan ehtiyatları bərpa etməli və Ukraynaya tədarükləri artırmalı idi. İstehsalın 2025-ci ilin yayından başlaması planlaşdırılsa da, hələ də işə düşməyib.
BAE Systems şirkətinin nümayəndələri The Guardian-a açıqlamasında gecikməni təsdiqləyib. Onlar bildiriblər ki, zavodun açılışının gecikməsi tikinti prosesində 2025-ci ildə gücün iki dəfə artırılması qərarı ilə bağlıdır.
00:01 16.02.2026
Oxunuş sayı: 488