Münhendə Avropa nüvə silahı məsələsi ilk dəfə gündəmə gətirilib
Münhendə keçirilən tədbirdə ilk dəfə olaraq Avropanın öz nüvə silahı məsələsi müzakirəyə çıxarılıb.
Crossmedia.az “Politico”-ya istinadən xəbər verir ki, bu məsələ Avropanın ABŞ-nin “nüvə çətiri”nin etibarlılığı ilə bağlı artan narahatlığını əks etdirir.
Məlumata görə, həm Friedrich Merz, həm də Emmanuel Macron çıxışlarında Avropa nüvə çəkindiriciliyi mövzusuna toxunublar. Onların bəyanatlarında Avropanın təhlükəsizlik arxitekturasının gücləndirilməsi və mümkün alternativ mexanizmlərin nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.
23:44 15.02.2026
Oxunuş sayı: 474